Dünya

Gürcüstanın Seçki Məcəlləsinə yeni dəyişikliklər ediləcək

30 Avqust 2020 23:05
Baxış: 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Seçki Məcəlləsinə yeni dəyişikliklər ediləcək. Dəyişikliklər cari il oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərində majoritar qaydada iştirak edəcək namizədlər üçün ikinci turun təşkili ilə bağlıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, parlamentə təqdim olunan qanun layihəsi avqustun 31-də qanunverici orqanın büro iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, seçkilərin nəticələri ilə əlaqədar zərurət yarandıqda səsvermənin ikinci turu əvvəlki kimi, 25 gündən sonra deyil, ilk səsvermədən sonrakı üçüncü həftənin şənbə günü keçiriləcək. İkinci tur isə birinci turda 50 faizdən az, lakin namizədlər arasında ən yaxşı nəticə göstərən iki şəxs arasında keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.