Dünya

Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

29 İyun 2020 12:09
Baxış: 1 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Basketbol Assosiasiyası (MBA) basketbolçulara "Oura Smart Ring" adlandırılan "ağıllı" üzük taxmağı tövsiyə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir verib ki, üzük koronavirus pandemiyasının simptomlarını aşkar edir.

Xəbərdə qeyd olunur ki, "ağıllı" üzük üç gün öncədən COVID-19 virusunu 90 faiz dəqiqliklə müəyyən etmək iqtidarındadır.

Bundan əlavə, üzük bədənin hərarətini, tənəffüs yollarının funksiyasını, ürək döyüntülərini izləyə bilir.

Qeyd edək ki, MBA-da müntəzəm çempionat martın 12-də dayandırılıb. Yarışın fərqli formatda iyulun 31-də bərpa olunması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.