Dünya

Maas: Aİ daxilində sərhədlərin yenidən bağlanması istisna edilmir

27 İyun 2020 21:22
Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19 pandemiyasının ikinci dalğası Avropa İttifaqı (Aİ) və Şengen zonası daxilində sərhədlərin yenidən bağlanmasına səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas DPA agentliyinə verdiyi müsahibəsində bildirib.

Nazir deyib: "Aİ-nin bir bölgəsində digərlərinə nisbətən daha çox yoluxma sayı olduğu halda sərhədlərin yenidən bağlanmasının məcbur olacağı istisna edilmir".

Mart ayının ortalarında Avropa ölkələri birtərəfli qaydada turist səfərlərini qadağan etdi. H.Maasın sözlərinə görə, pandemiyanın ikinci dalğası vəziyyətində Aİ-də belə bir qərar kollegial şəkildə qəbul ediləcəkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.