Dünya

NASA-nın pilot proqramları üzrə rəhbəri Keti Liders təyin edilib

13 İyun 2020 08:13
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatları üzrə milli idarənin direktoru Ceyms Braydenstayn pilot proqramları üzrə öz müavini vəzifəsinə hazırda kommersiya pilot proqramlarının başçısı Keti Lidersi təyin etmək qərarına gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun saytında xəbər verilib.

"K.Liders 2014-cü ildən NASA-nın astronavtların fərdi sektorun təşkili ilə kosmik gəmilərdə uçuşlarının təşkili səylərində koordinasiya içlərini aparıb. Bu səylər Florida ştatında Kennedi adına kosmik uçuşlar mərkəzindən baş tutan DEMO-2 gəmisinin mayın 30-da uğurlu uçuşu ilə nəticələnib", - sənəddə deyilir.

"Keti Liders bizə kosmos və ay ətrafı məkanda iqtisadı aktivliyimizi genişləndirmək və ambisiyalarla dolu məqsədlərimizi gerçəkləşdirmək üçün lazım olan insandır", - C.Braydenstayn bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.