Dünya

İngiltərədə daha bir futbolçuda koronavirus aşkarlandı

24 May 2020 15:32
0 Şərh     Baxış: 858
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərə Premyer Liqasında çıxış edən daha bir futbolçuda koronavirus xəstəliyi aşkarlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Bornmut" klubu bir oyunçusunun bu virusa yoluxduğunu açıqlayıb.

Komandadan götürülən ikinci testin bir oyunçuda müsbət nəticə verdiyi müəyyənləşib. Adı açıqlanmayan həmin oyunçu bir həftə təcrid vəziyyətində qalacaq, ardından növbəti dəfə testdən keçiriləcək.

Qeyd edək ki, İngiltərə çempionatı mart ayında - XXIX turdan sonra dayandırılıb. Premyer Liqa rəhbərliyi iyunun 12-də liqanın bərpasını planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.