Dünya

ÜTT-nin baş direktoruun vəzifəsindən gedəcəyi tarix məlum oldu

14 May 2020 23:26
0 Şərh     Baxış: 1 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Robertu Azevedu avqustun 31-i vəzifəsini tərk edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu R.Azevedu təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinə deyib.

R.Azevedu bildirib: "Mən 2020-ci ilin avqust ayının 31-i vəzifəmi tərk etmək qərarı qəbul etdim. Bu qərar asan deyildi. Bu, fərdi, ailə qərarıdır və əminəm ki, bu, təşkilatın ən yüksək maraqlarına xidmət edir".

Qeyd edək ki, braziliyalı Robertu Azevedu 2013-cü ildə ÜTT-nin baş direktoru seçilib. 2017-ci ildə R.Azevedu ikinci dördillik səlahiyyət müddətinə seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.