Koronavirus bitməmiş insanları daha bir virus təhdid edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya koronavirusun yayılması ilə mübarizə apararkən yeni bir virus ortaya çıxıb.
Ötən günlərdə Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfərin virusdan ölməsi barədə xəbər vermişdik. Ancaq buna səbəb koronavirus (COVID-19) infeksiyası olmayıb.
Məlumata görə, ölən şəxsdən analizlər alınıb və nəticədə onda hantavirusun olduğu məlum olub. Onunla birgə avtobusda olan 32 sərnişin də analiz verib.
İnsanları yenidən qorxuya salan hantavirus nədir? Koronavirus qədər güclüdürmü?
Milli.Az musavat.com-a istinadən hantavirus haqqında məlumatları sizlərə təqdim edir.
Hantavirus yeni bir virus sayılmır. Hantaviruslar təbiətdə bir çox növə sahib olan və insanlarda bəzi xəstəlik yarada bilən viruslardır. Təbiətdəki virusun əsas mənbəyi siçanlar və bənzər gəmiricilərdir.

Hantavirus, adını ilk Cənubi Koreyadakı Hantaan çayından alır. Çünki bu virusdan ilk dəfə təcrid burada olub. Koreya müharibəsi zamanı aşkar edilən hanta virus böyrək sindromu (HFRS) və 1993-cü ildə ortaya çıxan ağciyər sindromu (HPS) ilə hemorragik hərarətə də səbəb olması ilə bilinir.
Hantavirus bütün ölkələrdə görünə bilməz. Ən çox görülə bilməsi ehtimal edilən yerlər Cənubi və Şimali Amerikadır. Bundan əlavə, Çin, Koreya, Rusiya da hantavirusda tapıla bilər. Hazırda dünyada ən çox rast gəlinən yerlər Argentina, Çili, Braziliya, ABŞ, Kanada və Panamadır.

Hantavirusun simptoları hansılardır?
Hantavirus əlamətləri arasında, böyük əzələ qruplarında yorğunluq, hərarət və ağrı var. Yoluxmuş şəxsdə baş ağrısı, başgicəllənmə, qarın ağrısı, ishal, qusma, ürək bulanması kimi simptomlar da görülə bilər. İnsana yoluxmuş hantavirus iki fərqli klinik xəstəliyə səbəb ola bilər. Bunlardan birincisi böyrək çatışmazlığı olan hemorragik hərarət (HFRS), digəri isə daha ağır və ağciyər ödəmi ilə xarakterizə olunan Hantavirus Ağciyər Sindromu (HAS).

Böyrək çatışmazlığı və qanaxma hərarəti cədvəli (HFRS): Bu xəstəlik qızdırma, trombosit sayının azalması və kəskin böyrək çatışmazlığı ilə xarakterizə olunur. Orta hesabla 2 həftəlik bir inkubasiya dövrü olan xəstəlik, insandan asılı olaraq 5 və 42 gün arasında özünü göstərə bilər. Hərarətdən əlavə xəstələr baş ağrısı, bel ağrısı, qarın ağrısı və tez-tez ürəkbulanması ilə qarşılaşırlar. Trombositopeniyadan asılı olaraq dərialtında və ya daxili orqanlarda qanaxma olur. Bir çox xəstələrdə şok mənzərə yaradır. Xəstəliyin bu dövrü 4-7 gün davam edir və şok dövrü keçir. Ölümlərin 1/3 hissəsi şok mərhələsində, 2/3 hissəsi böyrək çatışmazlığı mərhələsində baş verir.

Hantavirus Ağciyər sindromunun cədvəli (HAS): Bu xəstəlik qəfil hərarət və əzələ ağrıları ilə HFRS-yə bənzəyir. Ancaq 1-10 gündən sonra (orta hesabla 4-5 gün) ağciyər şikayətləri (nəfəs darlığı və öskürək) başlayır. Ağciyər şikayətləri damar keçiriciliyinin artması, ağciyər ödemi (ağciyərlərdə maye toplanması) ilə əlaqədardır. Ağciyər ödemi yavaş-yavaş inkişaf edə bilər və ya saatlarla yavaş irəliləyərək ciddi ağciyər çatışmazlığına səbəb ola bilər. Bu xəstəlikdə böyrək çatışmazlığı görünmür.

Hantavirus necə yoluxur?
Hantavirus birbaşa insandan insana ötürülmür. Virusu daşıyan canlıların nəcisi və mayeləri infeksiyaya səbəb ola bilir. Lakin hantavirusa yoluxmuş bir xəstənin qanı və ya nəcisi ilə yayıla bilər. Bu səbəbdən, bu virusa yoluxanların karantinə alınması o qədər də vacib sayılmır.
Hantavirus infeksiyası üçün heç bir peyvənd və ya müalicə yoxdur. Yoluxmuş şəxsin həyati fəaliyyətləri dəstəklənir, xəstə sağ qalmağa çalışılır. Alimlər bu virusa qarşı peyvənd hazırlamaq üzərində işlərini davam etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)





