Dünya

Rusiyada prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif olunub

10 Mart 2020 18:05
0 Şərh     Baxış: 1 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada hakim "Vahid Rusiya" partiyasının deputatı Valentina Tereşkova konstitusiya dəyişiklikləri çərçivəsində prezidentlik müddətinin sıfırlanmasını təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, bu təkliflə Dövlət Dumasının plenar iclasında çıxış edib.

Deputat bildirib ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması məqsədəuyğundur:

"Təklif edirəm ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətlər götürülsün və ya yeni konstitusiya qüvvəyə mindikdən sonra qanunvericiliyə mövcud prezidentin digər vətəndaşlar kimi dövlət başçısı postuna seçilməsi hüququna malik olması barədə bənd əlavə olunsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.