Türkiyəli məşhur model və pilates müəllimi Ebru Şallı paylaşımı ilə izləyicilərini duyğulandırıb.
Milli.Az xəbər verir ki, o vəfat edən oğlu Pars ilə bağlı fotolar yayıb.
Ebru sözügedən paylaşımına bu sözləri yazıb:
"Səni çox sevirəm və çox darıxıram.Yaxşı ki doğulmusan mələyim. Mən həmişə səninləyəm".
Bildirək ki, Ebru Şallının övladı 2020-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.
Musa
Milli.Az