Cəmiyyət

Qanun dəyişir: Kişilər də atalıq məzuniyyəti götürə biləcək

27 Sentyabr 2025 10:30
Baxış: 433
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Hazırda mövcud olan atalıq məzuniyyəti hüquqi cəhətdən qüvvədə olsa da, ödənişsiz olduğu üçün bir çox kişi bu imkandan istifadə etmir.

Milli.Az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, yeni qanunla məzuniyyət ödənişli olacaq, lakin müddət dəyişməyəcək əvvəlki kimi 14 iş günü qüvvədə qalacaq.

Millət vəkili bu təşəbbüsün ailə dəyərlərinin gücləndirilməsi və valideyn məsuliyyətinin bərabər bölüşdürülməsi baxımından vacib olduğunu vurğulayıb:

"Hazırda layihə üzərində texniki düzəlişlər və əlavələr aparılır. Qanunun tam mətninin yaxın zamanda təqdim olunacağı gözlənilir".

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.