Ölkə

Çəkdiyi videolarla gündəmə gələn polkovnik həbsdən çıxmaq istədi, rədd cavabı aldı

27 Sentyabr 2025 10:15
Baxış: 460
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev cəza müddətinin axırına kimi həbsdə qalmaq istəmir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, vaxtından əvvəl cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib.

Məhkum ərizəsində cəzaçəkmə müəssisəsinin müsbət rəyini də nəzərə alaraq 3 il 3 aylıq həbs cəzasının qalan 2 ayının şərti hesab edilməsini xahiş edib.

Amma məhkəmə onun müraciətini rədd edib, həbsinin davamına qərar verilib.

Maraqlıdır ki, polkovnik bu ilin mayında da azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürmüşdü.

Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. O, xidməti otağındakı intim videolar qalmaqlından sonra həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.