Hadisə

Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

27 Sentyabr 2025 11:08
Baxış: 380
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xaçmazda qətl hadisəsi olub.

Milli.Az lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb.

Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb.

Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib.

Qeyd olunub ki, Orxan Hacıbalayev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub.

Qətli törədən kürəkən saxlanılıb.

Faktla bağlı cinayət işi açılaraq, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.