İdman

Ən bahalı türk futbolçu olacaq - Avropa nəhəngi hərəkətə keçdi

26 Sentyabr 2025 13:42
Baxış: 536
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərənin "Arsenal" klubu Türkiyə millisinin üzvü Kenan Yıldızın transferi üçün ilk təmaslara başlayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi hazırda "Yuventus"da forma geyinən 20 yaşlı hücumçunu heyətinə cəlb etmək niyyətindədir.

Qeyd olunur ki, Turin klubu yay transfer pəncərəsində "Çelsi"dən də təklif alıb, lakin futbolçunu saxlamağı üstün tutub. Oyunçunun Transfermarketdə dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Lakin 2029-cu ilə qədər "Yuve" ilə müqaviləsi olan futbolçuya görə klubunun 100 milyon avrodan yüksək transfer təkliflərini dəyərləndirə biləcəyi məlumatlar sırasındadır.

Xatırladaq ki, Kenan Yıldız cari mövsümdə "Yuventus"la çıxdığı 9 oyunda 5 qol vurub və 6 asistlə yadda qalıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.