Ölkə

Azərbaycanda atalıq məzuniyyətinə görə pul ödəniləcək? - VİDEO

27 Sentyabr 2025 07:07
Baxış: 291
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır. İndiyə qədər bu məzuniyyət növü mövcud olsa da, əksər kişilər bundan yararlanmırdı. Çünki atalıq məzuniyyəti, mövcud qanunvericiliyə görə, ödənişsizdir.

Milli.Az "Xəzər" TV-yə istinadən xəbərinə görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ödənişli atalıq məzuniyyətinin müddəti dəyişməyəcək, 14 iş günü olaraq qalacaq.

Millət vəkili qeyd edib ki, bu, ölkədə ailə institutunun möhkəmlənməsinə paralel olaraq, valideyn məsuliyyətinin bölüşdürülməsinə xidmət edir.

Daha ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.