Təyyarədə sərnişini oturacağa bağladılar - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-də *American Airlines* aviaşirkətinə məxsus, Las-Veqasa uçan sərnişin təyyarəsində qalmaqallı hadisə yaşanıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, iki uşaq anası olan sərnişin Keti Cey Dilon qaydalara əməl etməyib və həm ekipaj üzvlərinə, həm də sərnişinlərə hədə-qorxu gəlib.
O, dəfələrlə yerinə oturmaqdan imtina edib, söyüş söyüb və qəribə bəyanatlar səsləndirib. Hətta uşaqlıqda atasını "Tres Pasitos" adlı təhlükəli maddə ilə zəhərləməyə cəhd etdiyini etiraf edib.
Uçuş zamanı Dilon stüardessaya zərbə endirib və qadını yerə yıxıb. Bundan sonra ekipaj üzvləri və sərnişinlər onu zərərsizləşdirmək məcburiyyətində qalıblar. Qadının əlləri, ayaqları və bədəni qandal və skoçla kresloya bərkidilərək uçuşun sonuna qədər həmin vəziyyətdə saxlanılıb.
Las-Veqasda Harri Rid hava limanına enişdən dərhal sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları təyyarəyə daxil olub. Polis qadının başını örtərək onun tüpürməsinin qarşısını alıb və sonra onu təyyarədən çıxarıb.
Dilon saxlanılaraq Henderson həbsxanasına aparılıb. Ona ekipaj üzvünə hücum və ictimai asayişin pozulması ilə bağlı ittiham irəli sürülüb. Əgər məhkəmədə təqsirli bilinərsə, qadını ABŞ federal qanunlarına əsasən 20 ilə qədər həbs cəzası gözləyir.
Hadisə ilə bağlı *American Airlines* hələ rəsmi açıqlama verməyib.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Sakinlərlə tikinti şirkəti arasında növbəti narazılıq - “Bizə əvvəlcədən məlumat verilmədi”
-
19 aprel keçirilən imtahanların nəticələri elan EDİLDİ
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Hava kəskin DƏYİŞİR - Yağış qara keçəcək - XƏBƏRDARLIQ
-
Xalq artisti dekoletli geyimi ilə diqqət çəkdi - VİDEO
-
İran: “Geri addım atmayacağıq”





