Cəmiyyət

İşçiləri ruhdan salan sözlər araşdırıldı - Rəhbərlər ən çox bu ifadələri işlədir

27 Sentyabr 2025 10:40
Baxış: 440
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəhbərlərin ən çox işlətdiyi ifadələrlə bağlı maraqlı araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, Rusiyada aparılan araşdırmaya görə işçilərin ən çox qıcıqlandığı ifadə "Bəyənmirsənsə, çıx get" olub.

Bu, SberUniversitetin keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

İşçiləri qıcıqlandıran digər sözlər arasında "Sənin başın ancaq yemək üçündür?" kimi ifadələr də yer alıb. Mütəxəssislər bildiriblər ki, belə münasibət əməkdaşlara hörmətsizlik, psixoloji təzyiq və kobudluq kimi qəbul olunur.

Araşdırmaya görə, əsəbiləşdirən ifadələrin 35 faizi rəhbərlərin idarəetmə səriştəsizliyi ilə bağlıdır. Bu qəbildən olan sözlərə "Bu sizin probleminizdir", "Mən belə qərar verdim", "Çünki mən belə dedim" daxildir.

34 faiz halda rəhbərlər qeyri-müəyyən tapşırıqlar verir. Ən çox rast gəlinənlər: "Necə bilirsən et, amma belə yox", "Məni maraqlandırmır necə edəcəksən, əsas odur ki, nəticə olsun".

İfadələrin 27 faizi isə əməyin dəyərsizləşdirilməsi ilə bağlıdır: "Bu, ümumiyyətlə iş deyil, beş dəqiqəyə bitəcək", "Filankəs daha yaxşı bacardı".

Mütəxəssislər vurğulayırlar ki, belə ifadələr işçilərdə stress hormonlarının artmasına, motivasiyanın və məhsuldarlığın azalmasına gətirib çıxarır.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.