UEFA Çempionlar Liqasında 30 sentyabrda RAMS Parkda keçiriləcək Qalatasaray-Liverpul qarşılaşması bilet qiymətləri ilə tarixə düşüb. Satışa çıxarılan biletlərin qiyməti 50 min lirəyə (təqribən 2 750 AZN) qədər yüksəlib və bu, indiyədək Türkiyədə bir futbol oyunu üçün müəyyən edilmiş ən yüksək qiymət kimi qeydə alınıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Premium tribunada oyunu izləmək istəyən azarkeşlər 50 min lirə ödəməlidir. Bu rəqəm rekord hesab olunsa da, azarkeşlər biletlərə böyük maraq göstərib.
Bilet qiymətləri belədir:
Premium: 50 000 TL ≈ 2 750 AZN
Delux: 48 000 TL ≈ 2 640 AZN
Lux: 46 000 TL ≈ 2 530 AZN
Classic: 44 000 TL ≈ 2 420 AZN
1-ci kateqoriya: 30 000 TL ≈ 1 650 AZN
2-ci kateqoriya: 27 000 TL ≈ 1 485 AZN
3-cü kateqoriya: 25 000 TL ≈ 1 375 AZN
4-cü kateqoriya: 22 000 TL ≈ 1 210 AZN
5-ci kateqoriya: 21 000 TL ≈ 1 155 AZN
6-cı kateqoriya: 18 000 TL ≈ 990 AZN
7-ci kateqoriya: 17 000 TL ≈ 935 AZN
8-ci kateqoriya: 12 000 TL ≈ 660 AZN
9-cu kateqoriya: 10 000 TL ≈ 550 AZN
10 və 11-ci kateqoriya: 2 000 TL ≈ 110 AZN
Beləliklə, bu qarşılaşma artıq Türk futbol tarixinin ən bahalı oyunu kimi tarixə keçib.
Lalə Qüdrətova
Milli.Az