Ölkə

İsveçdə vəfat edən Milli Qəhrəmanımızın nəşi Azərbaycana gətiriləcək

30 Dekabr 2025 14:15
Baxış: 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçrənin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin ölkəmizə gətirilməsi məsələsini nəzarətə götürüb.

Milli.Az xəbər verir ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki məsələlər həll olunur.

Bu, eyni zamanda, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əsasnaməsindən irəli gələn məsələdir. Qurumun sənədinə əsasən, müəyyən müddət xarici ölkələrdə yaşamış və xüsusi xidmətləri olan şəxslərin cənazəsi Azərbaycana gətirilir və burada dəfn olunur.

Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtərdə anadan olub. O, ötən gün İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.