Siyasət

Yeni böyük müharibə qorxusu - Bu ölkələr hədəfdir

27 Sentyabr 2025 10:50
Baxış: 522

Hazırda Avropa yeni böyük müharibə təhlükəsinin astanasındadır.

Milli.Az bildirir ki, bunu Norveçin Steigan nəşri yazıb.

"Steigan"ın yazdığına görə Qərb ölkələri Polşanı Rusiya ilə qarşıdurmada "ön xətt dövləti" roluna itələyir. İddia edilir ki, NATO və ABŞ böyük güclərin oyununda manevr üçün Polşanı əlverişli fiqur kimi görür.

Nəşr yazır: "NATO və ABŞ öz geosiyasi məqsədləri üçün fiqur axtarır və Polşa bu sxemə uyğun gəlir."

Xatırladaq ki, bundan əvvəl Polşa Xarici İşlər naziri Radislav Sikorski ölkəsinin əgər Rusiya təyyarələri icazəsiz olaraq Polşa hava məkanına daxil olsa onları vurmağa hazır olduğunu bildirmişdi. Sikorski Rusiyanı da xəbərdar etmişdi ki, əgər təyyarə və ya raket icazəsiz şəkildə Polşa hava məkanına daxil olub vurulsa, Moskva bundan "şikayət etməsin".

İsmayıl
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.