Cəmiyyət

Soyuq havada niyə özümüzü daim yuxulu hiss edirik? – SƏBƏB

27 Sentyabr 2025 08:08
Baxış: 329
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Soyuq havalar gələndə bir çox insanın ən çox qarşılaşdığı vəziyyətlərdən biri yuxululuq və halsızlıqdır.

Bəs niyə soyuq hava insanlarda yuxu halını artırır? 

Milli.Az xəbər verir ki, nevroloq və endokrinoloqlar soyuq havada bədənin enerji sərfini azaltmaq və bədən temperaturunu qorumaq üçün fəaliyyətinin yavaşladığını bildirir. Bu, beyində yuxu mərkəzlərinin aktivləşməsinə və təbii yuxu ehtiyacının artmasına səbəb olur.

Həmçinin, soyuq havalarda günəş işığının azalması səbəbindən orqanizmdə melatonin hormonunun səviyyəsi yüksəlir. Melatonin yuxu-oyanma ritmini tənzimləyən hormon olduğundan onun artması yuxululuğu gücləndirir.

Psixoloqlar isə soyuq havanın insanlarda ümumi enerji səviyyəsini aşağı saldığını bunun da tənbəllik və yuxululuq kimi əlamətlərlə özünü göstərdiyini qeyd edir.

Bununla yanaşı, soyuq hava bədənimizin istilik balansını qorumaq üçün daha çox enerji sərf etməsinə səbəb olur ki, bu da fiziki yorğunluğa və yuxuya meyilli olmağa gətirib çıxarır.

Mütəxəssislər tövsiyə edir ki, soyuq havalarda yuxu ehtiyacını azaltmaq üçün qidalanmaya diqqət yetirilsin, aktiv həyat tərzi qorunsun və günəş işığı qəbulunu artırmaq üçün mümkün olduqca açıq havada vaxt keçirilsin.

Soyuq havada yuxulu olmağımız təbii fizioloji proseslərin nəticəsidir və buna qarşı düzgün həyat tərzi ilə mübarizə aparmaq mümkündür. Bu, hər hansı xəstəlik deyil, olması gərəkən budur. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.