Dünya

Dünyanın ən hündür körpüsü istifadəyə verilir

27 Sentyabr 2025 05:05
Baxış: 272
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin Quycou əyalətində yerləşən Beypan çayı üzərində inşa edilən yeni körpü sentyabrın 28-də istifadəyə veriləcək. Körpü Huacin Böyük kanyonunun üzərində, dəniz səviyyəsindən 625 metr yüksəklikdə yerləşir ki, bu da Eyfel qülləsindən təxminən iki dəfə hündürdür.

Milli.Az xəbər verir ki, körpünün ümumi uzunluğu 2 min 890 metr, asma hissəsinin uzunluğu isə 1420 metr təşkil edir. Bu, onu dağlıq ərazidə tikilmiş ən uzun asma körpülərdən birinə çevirir. O, Liupənşuy şəhəri ilə Çiensinan bölgəsini birləşdirəcək.

Tikintisinə 2022-ci ildə başlanılan bu nəhəng layihə artıq başa çatıb və uğurla texniki sınaqlardan keçib.

Qeyd edək ki, hal-hazırda istifadədə olan ən hündür körpü də elə bu bölgədə Beypan çayının üzərində yerləşən və Ginnes Rekordlar Kitabına düşən "Beypancian" körpüsüdür. Onun hündürlüyü 565,4 metrdir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.