Dünya

Məkkə və Mədinədəki müqəddəs ziyarətgahlar işini bərpa etdi

6 Mart 2020 16:02
0 Şərh     Baxış: 2 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında yerləşən ən böyük dini ziyarətgahlar - Kəbədə yerləşən əl-Haram və Mədinədə yerləşən Peyğəmbər Məscidi yenidən fəaliyyətini bərpa edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu məscidlər sürətlə yayılan koronavirus təhlükəsi səbəbindən müvəqqəti fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, bir müddət öncə Səudiyyə Ərəbistanı hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə, eləcə də Ümrə ziyarətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Hazırda ziyarətgahlarda müvafiq sanitar işləri həyata keçirildikdən sonra məscidlərin fəaliyyətini bərpa etməsi qeyd edilsə də, konkret olaraq yenidən ziyarətçilərin qəbul edilməsi hələ dəqiq bildirilməyib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.