Dünya

Rəsmi Moskva Prezidentin koronavirusdan qorunması üçün görülən tədbirləri açıqladı

4 Mart 2020 17:44
0 Şərh     Baxış: 2 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin koronavirusdan qorunması üçün bütün lazımi preventiv gigiyenik tədbirlər həyata keçirilir.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

"V.Putinin virusdan qrunmasının təmin edilməsi üçün hansı tədbirlər görülüb?" sualına D.Peskov belə cavab verib: "Prezidentin ətrafına koronavirusun yaxınlaşmaması üçün bütün lazımi tədbirlər görülüb. Əslində, bu, Rusiya Federasiyasının hər bir vətədaşının da həyata keçirə biləcəyi ən adi preventiv gigiyenik tədbirlərdir".

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.