Dünya

İstifadə olunmuş maskaları təkrar satanlar saxlanılıb - Taylandda

3 Mart 2020 16:00
0 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taylandda hüquq-mühafizə orqanları istifadə olunmuş tibbi maskaları yeni kimi təkrar satışa çıxaran fabrikin işini dayandırıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Saraburi vilayətinin polis şöbəsi rəsmi məlumat verib.

Polis fabrikdə qanunsuz fəaliyyət göstərilməsi barədə məlumat daxil olduqdan sonra müəssisəyə baxış keçirib. Fabrikdə, həqiqətən, əməkdaşların artıq istifadə olunmuş tibbi maskaları ütü ilə ütüləyərk qutulara yığdıqları məlum olub.

Həmin maskalar müsadirə olunub və mənşəyinin müəyyən edilməsi üçün Ticarət Nazirliyinə ekspertizaya göndərilib.

Qeyd edək ki, Taylanddakı müəssisələrdə hər ay 30 milyon qoruyucu maska istehsal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.