Dünya

Tacikistanda parlament seçkilərində səsvermə başlayıb

1 Mart 2020 08:39
0 Şərh     Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tacikistanda yerli vaxtla saat 06:00-da parlamentin aşağı palatasına seçkilərdə səsvermə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, vətəndaşların 63 deputat seçməsi üçün ölkədə 3412 seçki məntəqəsi fəaliyət göstərir. MDB ölkələrindən olan beynəlxalq müşahidəçilərin aralıq hesabatına əsasən, 4,9 milyon vətəndaş seçici siyahısına daxil edilib.

Ölkədə səsvermə yerli vaxtla saat 20:00-a qədər davam edəcək.

Respublikadan kənarda olan Tacikistan vətəndaşları üçün 30 səfirlik və 9 konsulluqda 39 seçki məntəqəsi açılacaq.

Seçkilərin ilkin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən martın 2-si açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.