Dünya

İranda beş deputat koronavirusa yoluxub

29 Fevral 2020 18:00
1 Şərh     Baxış: 905
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran parlamentinin beş deputatı koronavirusa yoluxub.

Milli.Az bildirir ki, bunu Trend-ə İran parlamenti rəyasət heyətinin nümayəndəsi Əsədulla Abbasi deyib.

O, bu gün vəfat etmiş deputatın bu virusdan öldüyünü təsdiq edib.

Ə.Abbasi bildirib ki, parlament koronavirusla bağlı vəziyyəti öyrənmək üçün qrup yaradıb. Bu vəziyyət Koronavirusla mübarizə Milli Komitəsi ilə müzakirə olunacaq.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib, 593 nəfər bu virusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.