Dünya

“Türkiyə bu terror dövlətini darmadağın etdi”

27 Fevral 2020 18:44
0 Şərh     Baxış: 1 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

30 kilometr dərinliyin yaradılması "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh Çeşməsi" əməliyyatları, eləcə də sərhədimizdə terror dövlətinin qurulmasının qarşısını almaq üçün zərurət idi. Bu terror dövləti darmadağın edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömer Çelik deyib.

"PYD terror qruplaşması bir-birinə zidd qüvvələrlə də, Suriya ordusu ilə də əlaqə qurmağa çalışaraq məqsədinə çatmağa çalışır. Hər kəsin istifadəsinə açıq bir təşkilatdır. Bu mübarizəni sərhədin o tayında aparmasaq, sərhədlərimizin daxilində aparmağa məcbur qalacağıq.

Bütün hazırlıqlar tamamlanıb. Suriya ordusunun öz xəttinə geri çəkilmə müddəti başa çatan kimi Türkiyə Silahlı Qüvvələri üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Suriya hökumətinin burada süni vəziyyət yaradıb, daha sonra "buradan geri çəkilməyəcəm, bu, mənim təhlükəsizliyim üçün təhlükəlidir" - deməsi Türkiyə üçün qəbuledilməzdir. Bunu Rusiya da qəbul etməməlidir. Çünki Soçi razılaşmalarına ziddir. Şübhəsiz ki, hərəkətə keçmək üçün Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlməsi dönüş nöqtəsi olacaq", - deyə Çelik bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.