Dünya

14 ölkədən Suriyaya atəşkəs çağırışı

26 Fevral 2020 20:54
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Birliyinə 14 üzv ölkə Suriya rejimini və dəstəkçilərini İdlib bölgəsinə hücumları dayandırmağa və 2018-ci ilin yazında qəbul olunan atəşkəsə əməl etməyə çağırıb.

Milli.Az "Qafqazinfo"ya ortalına istinadən xəbər verir ki, bu barədə 14 ölkənin Xarici İşlər naziri ortaq bir məqalə hazırlayaraq bəyanat yayıblar.

"Onları hücumları dərhal dayandırmağa, beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırırıq", - deyə məqalədə qeyd olunub.

Həmçinin humanitar yardımların Suriyanın şimal-qərbinə köçürülməsinə maneə yaratmamaq tələb olunub.

Xatırladaq ki, son günlər Suriyada rejim və dəstəkçilərinin İdlibə hava hücumları nəticəsində 10-u uşaq olmaqla 20 insan həlak olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.