Dünya

Arxeoloqlar qədim dövrə aid itmiş şəhər aşkar etdilər

25 Fevral 2020 19:15
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Çikaqo Şərq İnstitutunun arxeoloqları tərəfindən Antik Krallığın itmiş şəhəri aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlər Türkiyənin cənubunda Türkmən-Karahöyük adlanan ərazidə araşdırma aparıblar.

Orada suvarma kanalı olan bölgədə Tunc və Dəmir dövrlərinə aid, Luvi dilində yazıları olan böyük bir daş lövhə tapıblar. Mətndə Hartap şahın Frigiya üzərində qələbəsi qeyd olunub. Bu çərçivədə Türkmən-Karahöyük əsrarəngiz səltənətin paytaxtı adlandırılıb.

Arxeoloqlar təqribən 1,2 kvadrat kilometr ərazini əhatə edən kiçik bir şəhərin xarabalıqlarını da aşkar ediblər. Lakin onlar bu şəhərin hansı qədim krallığa mənsub olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Hazırda yeni saraylar, evlər və digər abidələrin tapılması istiqamətində qazıntılar aparılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.