Dünya

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi

25 Fevral 2020 12:58
0 Şərh     Baxış: 1 522
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran parlamentinin səhiyyə komitəsi fövqəladə iclasında məktəb və universitetlərin bağlanmasını qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin səhiyyə komitəsinin sədri Əli Nobəxt Həqiqi deyib. Onun sözlərinə görə, komitə 3 aprelədək məktəb və universitetlərin bağlanmasını parlamentin sədrinə təklif edib.

Nobəxt əlavə edib ki, bu qərar yekun şəkildə qəbul edilərsə, yeni koronavirusun yayılması azalacaq.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 60-dan çox şəxsin yeni koronavirusa yoluxduğunu və 12 nəfərin həlak olduğunu təsdiqləyib. Koronavirusa yoluxma şübhəlisinin sayı isə 900 nəfəri keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.