Dünya

İranda koronavirusdan ölənlərin sayı artıb

23 Fevral 2020 14:35
1 Şərh     Baxış: 3 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda yeni koronavirus (Covid 19) nəticəsində dünyasını dəyişənlərin sayı 8 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən bir sutka ərzində 3 nəfər koronavirus nəticəsində həlak olub.

Cahanpur əlavə edib ki, bir gün ərzində daha 15 nəfərin yeni virusa yoluxması qeydə alınıb.

Cahanpurun sözlərinə görə, 15 nəfərin 7-i Qum şəhəri, 4 nəfəri Tehran şəhəri, 2 nəfəri Gilan vilayəti, 1 nəfəri Mərkəzi vilayəti və 1 nəfəri Mazandaran vilayətindədir.

Nazirlik rəsmisi İranda indiyədək 43 nəfərin yeni koronavirusa yoluxduğunu təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.