Dünya

Yeni avtomobillərin intensiv satışına görə ön sıralardadır

21 Fevral 2020 07:21
0 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva yeni avtomobillərin intensiv satışına görə Avropa İttifaqında (Aİ) ön sıralardadır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, bu ilin ilk ayında Litvada 4238 yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 35,1 faiz çoxdur. Latviyada isə bu ilin ilk ayı avtomobil satışları 3,6 faiz azalaraq 1484-ə düşdüyü halda, Estoniyada 3,9 faiz artaraq 2271-ə çatıb.

Qeyd edək ki, Aİ ərazisində yanvar ayında yeni avtomobillərin satışları 7,5 faiz azalaraq 956,8 minə düşüb. Aİ ölkələrində ən çox satılan avtomobil "Volkswagen" olub. Bu avtomobil markası ötən ilin yanvar ayına nisbətən 6,6 faiz az satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.