Dünya

On doqquz əqli qüsurlu şəxsi qətlə yetirənə ölüm hökmü verildi

17 Fevral 2020 19:59
0 Şərh     Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada yerli sakin əlil şəxsləri öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Saqamixara şəhərində yerləşən xəstəxanada Satosi Uematsu adlı şəxs 19 əqli qüsurlu xəstəni bıçaqla qətlə yetirib, 20 nəfəri isə yaralayıb.

Xəbərdə bildirilir ki, həmin vaxt tibb müəssisəsində 18-75 yaş arası 150 xəstə olub.

S.Uematsunun həmin xəstəxanada üç il işlədiyi bildirilir. O, hadisədən bir neçə ay əvvəl işdən çıxıb.

İstintaq prosesində həmin şəxs əqli qüsurlu xəstələri əzabdan xilas etmək üçün öldürdüyünü deyib.

Məhkəmə onun barəsində ölüm hökmü qərarı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.