Dünya

Mobil Dünya Konqresi koronavirusa görə ləğv edildi

13 Fevral 2020 08:48
0 Şərh     Baxış: 1 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 24-27-də İspaniyada keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC) ləğv edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, koronavirus səbəbindən şirkətlər kütləvi şəkildə tədbirə qatılmaqdan imtina edib. İmtina edən 20 şirkətin arasında Sony, LG, Amazon, McAfee, Vivo, Deutsche Telekom kimi nəhənglər də var.

Sərginin keçirilməsinin ləğvi qərarı da təşkilatçıların iclasından sonra qəbul edilib.

Qeyd edək ki, konqresdə Çindən 6 mindən çox insanın iştirakı gözlənilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.