Dünya

İspaniyada evtanaziya qanuniləşdirilib

12 Fevral 2020 22:20
1 Şərh     Baxış: 1 107
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya Deputatlar Konqresi evtanaziya haqqında qanun layihəsini təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tarixi qərar lehinə 201, əleyhinə 140, bitərəf 2 səslə qəbul edilib. Qanunda həkimlərin köməyi ilə həyatdan könüllü surətdə getmək "hüquq" adlandırılıb və İspaniya Sosial Sığorta sisteminin vəsaitləri hesabına portfel xidmətinə daxil ediləcək. Qanun layihəsi hakim İspaniya Sosialist İşçi Partiyası (PSOE) tərəfindən irəli sürülüb. Hökumət qanunun iyun ayında qəbul ediləcəyini gözləyir.

Evtanaziya üçün "dözülməz iztirab" əmələ gətirən "ciddi və sağalmaz xəstəlikdən" və ya "əlillikdən" əziyyət çəkən hər kəs müraciət edə bilər.

Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, İspaniya əhalisinin əksəriyyəti (58 faiz) evtanaziyanın nizamlanması və digər insanın köməyi ilə intiharı dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.