Dünya

Mexikoda koronavirusa mümkün yoluxma halı araşdırılır

11 Fevral 2020 08:23
0 Şərh     Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın Epidemiologiya Baş İdarəsi Mexiko şəhərində yeni növ koronavirusa mümkün yoluxma halını araşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, 3-27 yanvar tarixlərində Baotaoda olan 37 yaşlı Çin vətəndaşı yoxlanılır.

Qeyd edək ki, yeni növ koronavirusun yayıldığı müddət ərzində Meksikada 10 mümkün yoluxma halı araşdırılıb. Araşdırılan hallardan heç biri təsdiqlənməyib.

Meksikanın Milli Muxtar Universitetinin tədqiqatçılarının sözlərinə görə, bir neçə həftə ərzində infeksiya ölkəyə daxil olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.