Dünya

Anasını qorumaq istəyən yeniyetmə atasını öldürdü

8 Fevral 2020 11:24
0 Şərh     Baxış: 1 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ankara şəhərində yeniyetmə atasını öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Altındağ rayonunda 15 yaşlı M.Ü. atasına atəş açıb.

Belə ki, onun atası 40 yaşlı Hakan Ü. sərxoş vəziyyətdə evə gələrək arvadı S. Ü. ilə mübahisə edib.

Mübahisə böyüyəndə Hakan Ü. arvadını döyərək silahla hədələyib.

Bu zaman onları ayırmaq istəyən oğulları M.Ü. silahı zorla atasının əlindən almaq istəyib. Atəş açılıb və atasının başına güllə dəyib.

Hadisə yerinə gələn tibb işçiləri Hakan Ü.-nün öldüyünü bildiriblər.

M. Ü. isə nəzarətə götürülüb, araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.