Dünya

Kanadada neft daşıyan qatar aşıb

7 Fevral 2020 01:30
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadada neft daşıyan qatar relslərdən çıxıb və partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaxınlıqdakı kəndin bütün sakinləri təxliyə edilib.

Hadisə yerli vaxtla 6:15-də ölkənin cənubunda Saskaçeven əyalətində baş verib. Məlumata görə 25-30 vaqon relslərdən çıxdıqdan sonra partlayış baş verib və nəticədə güclü yanğın olub.

Nəqliyyat Təhlükəsizliyi Agentliyi ölkənin şərqinə gedən qatarın Gernsi kəndindən 2 kilometr aralıqda relslərdən çıxdığını təsdiq edib.

Məlumatda bildirilir ki, 2019-cu ilin dekabrında eyni yerdə neft daşıyan qatarın aşması nəticəsində 1500 tondan çox neft etrafa dağılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.