Dünya

Süleymaninin dostu olan general da öldürüldü

4 Fevral 2020 17:39
0 Şərh     Baxış: 2 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah") komandirlərindən biri, general Asgar Paşapor öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyasının saytı "iribnews" məlumat yayıb.

Məlumata görə, Paşapor ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə baş verən atışma zamanı qətlə yetirilib.

Bildirilir ki, o, yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Qvardiyası ("Sepah") "Quds" qanadının komandanı, general Qasım Süleymaninin dostu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.