Dünya

İndoneziyada şəriət qanunlarını pozan qadınlar xüsusi çubuqlarla döyüləcək

30 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 1 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndoneziyada şəriət qanunlarını pozan qadınlara bədən cəzası tətbiq etmək üçün ilk qadın heyətindən ibarət qrup yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 8 nəfərdən ibarət dəstə Açex vilayətində fəaliyyət göstərəcək. Qrupun vəzifəsi cəzaya məhkum olunmuş qadınlara rotanq çubuqları ilə zərbə vurmaqla cəzalandırmaqdır.

İnsan haqları müdafiəsi təşkilatları artıq bu növ cəzanı qınayıblar. "Human Rights Watch"ın əməkdaşı Andreas Harsono bu barədə deyib: "İnsanları kobud şəkildə cəzalandırmaq, cəzanı kimin tərəfdən yerinə yetirilməsindən asılı olmayaraq qeyri-insani və vəhşi praktikadır".

A.Harsono əlavə edib: "Müasir İndoneziyada bir qadının və ya bir kişinin fiziki cəzalandırılmasına yer yoxdur və İndoneziya hökuməti bu işgəncəyə göz yummağı dayandırmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.