Dünya

"Kobinin ölümü məni dərin kədərləndirdi" - Səfir

29 Yanvar 2020 13:40
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kobinin ölümü məni dərin kədərləndirdi. Kobi inanlımaz istedada malik idi, basketbol dünyası öz əfsanəsini itirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger NBA (Amerikanın Milli Basketbol Assosasiyası) və ABF (Azərbaycan Basketbol Federasiyası) arasında imzalanmış saziş əsasında Jr.NBA Azərbaycan Liqasının yaradılmasına həsr olunmuş tədbirdə deyib.

Səfir bildirib ki, bu gün burada Jr.NBA Azərbaycan Liqasının yaradılması basketbolun hələ də dünyada populyalıq qazanmasının bir göstəricisidir. Səfir vurğulayıb ki, basketbol 2 milyard azarkesşi ilə dünyada ikinci ən məşhur idman növüdür və dünyada milyonlarla insan basketbol oynayır.

Səfir ümid etdiyini bildirib ki, gələcəkdə NBA liqasında Azərbaycan idmançılarının da adına rast gəlinəcək: "Biz çox şadıq ki, Azərbaycanda bu liqa yaradılır. Biz Azərbaycanda baskebolun inkişafına dəstək göstrdiyimiz üçün çox şadıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.