Dünya

Fransada nümayişlərdə istifadə olunan "GLİ-F4" qumbaraları qadağan edilib

29 Yanvar 2020 06:30
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada nümayişlərdə partlayıcı və gözyaşardıcı "GLİ-F4" qumbaralarından istifadə olunması qadağan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fransa Daxili işlər naziri Kristof Kastaner bu haqda yerli televiziya kanalında məlumat verib.

Nazir hələ 2018-ci ildə "GLİ-F4" qumbaralarının tədricən istifadədən çıxarılacağını bəyan etmişdi. Bildirib ki, son aylar polislər bu qumbaradan istifadə etməyə məcbur qalıblar. Nümayişlərdə bədxah qrupların dağıdılması məqsədi ilə istifadə olunan "GLİ-F4" qumbaraları nümayişçilər tərəfindən yaxşı tanınmadığı üçün onlar belə qumbaraları əllərinə götürüb və nəticədə ciddi yaralanıblar. Buna görə bu qumbara istifadədən çıxarılacaq.

Qeyd edilir ki, "GLİ-F4" qumbaralarının tərkibində 165 desibeldən 5 metrə qədər güclü partlayış doğuran 25 qram tolit (TNT) var. Bu qumbaralar tərkibində tolit olmayan, pirotexnik partlayıcıdan ibarət olan "GM2L" qumbaraları ilə əvəz olunacaq.

Mətbuatın verdiyi məlumata görə isə belə qərarın qəbul edilməsinin səbəbi "GLİ-F4" qumbarlarının ehtiyatının qurtarması və daha istehsal olunmamasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.