Dünya

Türkiyədəki zəlzələdən sonra Avropa Birliyindən "Copernicus" qərarı

27 Yanvar 2020 22:03
0 Şərh     Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Birliyi Türkiyənin Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra "Copernicus" peyk görüntü sistemini aktivləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa Birliyindən məlumat verilib. Bildirilib ki, qurum Türkiyənin tələbindən sonra peyk görüntü sistemini aktiv edib. Məlumata görə, bu addım xilasetmə əməliyyatlarına dəstək üçün atılıb.

Açıqlamaya görə, Avropa Birliyi Türkiyədəki vəziyyəti yaxından izləyir və əlavə dəstək verməyə hazırdır.

Qeyd edək ki, Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 31 nəfər həyatını itirib. 1556 nəfər xəsarət alıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.