Dünya

İki “Toyota”nın toqquşduğu ağır yol qəzasının VİDEOsu

25 Yanvar 2020 14:35
0 Şərh     Baxış: 4 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Tomsk əyalətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri videoregistrator tərəfindən görüntülənib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident yanvarın 17-də Krivoşeinsk rayonunda baş versə də, video bu gün yayımlanıb.

Qəza törədən 73 yaşlı sürücünün idarə etdiyi "Toyota Carina" markalı minik avtomobilinin təhlükəsizlik kamerasına düşən kadrlarda, "Carina"nın hərəkətdə olduğu və qəfildən idarəetmədən çıxaraq əks zolaqdan gələn "Toyota Corona" ilə toqquşduğu görülür.

Nəticədə hər iki nəqliyyat vasitəsində olan iki sərnişin hadisə yerində dünyasını dəyişib, sürücülər isə xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.