Dünya

Elazığda zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi... - VİDEO

25 Yanvar 2020 09:50
0 Şərh     Baxış: 1 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elazığın Sivrice rayonunda baş verən 6,8 ballıq zəlzələdən sonra professor Naci Görürün 4 ay öncə təbii fəlakətlə bağlı verdiyi proqnozlar gündəm olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 2019-cu ilin oktyabrında "CNN Türk" telekanalının qonağı olarkən həmin bölgədə zəlzələ təhlükəsinin olduğunu bildirmişdi.

Şərqi Anadoluda uzun müddət zəlzələ olmadığını xatırladan mütəxəssis riskli bölgələr arasında ötən gün zəlzənin baş verdiyi Elazığın Sivrice rayonunun da adını çəkmişdi.

Qeyd edək ki, son rəsmi məlumata görə, zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.