Dünya

Zəlzələni canlı yayımda öyrəndi, reaksiyası alqış qazandı - VİDEO

25 Yanvar 2020 09:55
2 Şərh     Baxış: 4 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli siyasətçi, İYİ partiyanın sədri Meral Akşener Elazığda baş verən zəlzələni "Tele1" telekanalının canlı yayımında qonaq olan zaman öyrənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Uğur Dündarın aparıcılığı ilə yayımlanan "Siyaset arenası" verilişində zəlzələdən xəbər tutan Meral Akşener zalda əyləşənlərdən həlak olanlar üçün Fatihə surəsinin oxunmasını xahiş edib.

O, bu xəbərdən sonra siyasətdən danışmağın uyğun olmadığını bildirərək, aparıcıdan verilişi yekunlaşdırmağı istəyib. Akşenerin bu addımı sosial mediada alqışla qarşılanıb.

Qeyd edək ki, baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 18 nəfərin öldüyü, 500-dən çox yaralının olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.