Dünya

Avtomobillə yol polisini vurub kapotun üzərində 3 kilometr sürüdü - VİDEO

24 Yanvar 2020 11:49
0 Şərh     Baxış: 2 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşının tələbinə məhəl qoymayaraq onu avtomobillə vurub və onu kapotun üzərində 3 kilometrə yaxın sürüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Şımkent şəhərində yol qovşağında iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra nəqliyyat vasitələrinin sürücüsünə iki YPX inspektoru yaxınlaşıb və onlardan sənədləri təqdim etməyi tələb ediblər. Ancaq, hər iki sürücüdə tələbə məhəl qoymayaraq sükan arxasına keçiblər. Bundan sonra polislər avtomobillərin qarşısını kəsiblər. Sürücülərdən biri mühərriki işə salaraq inspektorlardan birini vurub. Ardınca da o, kapotun üzərində olan hüquq-müdafiəçisi ilə birgə hadisə yerini tərk edib.

Nəticədə qayada pozucu saxlanılaraq bölməyə gətirilib. Aparılan araşdırma zamanı sürücünün narkotik maddənin təsiri altında olduğu müəyyən olunub.

Bildirilir ki, hadisə zamanı YPX əməkdaşı xəsarət almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.