Dünya

Restoranda dava salan nazir istefa verdi

24 Yanvar 2020 10:04
0 Şərh     Baxış: 1 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiyanın Ekologiya naziri Laslo Solimos istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun istefa verməsinə Bratislavada yerləşən restoranların birində içkili vəziyyətdə dava etməsi səbəb olub. Solimos dava zamanı restoran işçilərinə hücum edib və onlardan birinə xəsarət yetirib.

Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.