Dünya

10 yaşlı məktəblidən hamilə qalan 13 yaşlı qızın anası danışdı: Abort haqqında düşünmürük...

23 Yanvar 2020 19:34
6 Şərh     Baxış: 5 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnoyarsk vilayətində on yaşlı məktəbli oğlandan hamilə qalan on üç yaşlı qızın anası danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Rusiya 1" telekanalına müsahibə verən qadın qızının hamiləliyinə son verməyəcəyini deyib.

O bildirib ki, son ana qədər ailələri vəziyyətdən bixəbər olub.

Onun dediyinə görə, həkimlər əvvəlcə qızın zəhərləndiyini düşünüblər. Daha sonra məktəbli qız özü 10 yaşlı dostu ilə intim münasibətdə olduğunu etiraf edib.

"Onda artıq bu yaşda, bəlkə də, bəzi analıq instinktləri var, onları daha da inkişaf etdirmək daha yaxşıdır", - deyə qadın bildirib.

Xatırladaq ki, Krasnoyarsk vilayətində yeddinci sinifdə oxuyan on üç yaşlı məktəbli qız dördüncü sinifdə oxuyan on yaşlı oğlandan hamilə qalıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.