Dünya

Polşada yaşayan əcnəbilərin sayı artıb

17 Yanvar 2020 21:50
0 Şərh     Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşada yaşayan əcnəbilərin sayı ötən il 50 min nəfər artıb. Artıq bu ilin ilk günlərindən 423 min xarici vətəndaşın Polşada yaşama icazəsi aldığı açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli statistikaya əsasən, son bir ildə ölkəyə gələnlər əsasən Belarus və gürcülərdir. Ümumilikdə isə yaşama icazəsi alan şəxslərin böyük əksəriyyəti Ukrayna vətəndaşlarıdır. Siyahıda sonrakı yerləri Belarus, Almaniya, Rusiya və Vyetnamdan gələnlər təşkil edirlər.

Ötən il ilk dəfə Böyük Britaniyadan gələnlərin sayı rekord həddə çatıb. Buna səbəb Brexit göstərilib. Gələnlərin əksəriyyəti vaxtilə orada vətəndaşlıq və ya uzunmüddətli yaşayış icazəsi almış polşalılardır. Lakin ingilislərin də Polşaya axınında artım hiss olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.